26 Sentyabr 2019, 15:24
FUTBOL
AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik növbəti təyinatı alıb. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatının seçmə mərhələ oyununda iş başında olacaq.
Belə ki, avstriyalı oktyabrın 11-də Belarusun Jodino şəhərindəki "Torpedo" stadionunda keçiriləcək Belarus – Norveç oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, Stuxlik Avropa Liqasının C qrupu çərçivəsində oktyabrın 3-də Trabzonda keçiriləcək "Trabzonspor" – "Bazel" qarşılaşmasında da hakim-inspektor kimi fəaliyyət göstərəcək.