"İnter" qapıçısı Samir Handanoviçi komandada saxlamağa müvəffəq olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 35 yaşlı qolkiper klubu ilə yeni sözləşməyə qol çəkib.

Anlaşmaya əsasən, slovaniyalı qapıçı 2022-ci ilin yayına qədər "neradzurra"ya məxsus olacaq.

Qeyd edək ki, 2012-ci ildən "İnter"in şərəfini qoruyan Samir Handanoviç Milan klubunun heyətində 300 oyun keçirib, bunun 110-da qapısının toxunulmazlığını qorumağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest