"Barselona"nın kapitanı Lionel Messi yenidən uzun müddətə komandadan ayrı qala bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Vilyarreal"la son oyunda zədəsini təzələyən argentinalı superulduzun qarşıdakı görüşləri də buraxması gözlənilir.

Sol ayaq əzələsi dartılan Leonun təxminən 1 ay yaşıl meydanlardan uzaq qalması ehtimal edilir. Onun çempionlar Liqasında "İnter" və "Slaviya" ilə oyunları, həmçinin mövsümün ilk "El Klasiko"sunu buraxması gözlənilir.

Qeyd edək ki, "Barselona" - "Real" oyunu oktyabrın 26-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest