"Atalanta"nın hücumçusu Duvan Zapata komandasını dəyişə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, iki nəhəng klub 28 yaşlı forvardın xidmətində maraqlıdı.

Belə ki, "İnter" və "Mançester Yunayted" Kolumbiya millisinin üzvünü transfer etmək niyyətindədi. Müqavilə ilə "Sampdoriya"ya məxsus olan Zapatanın artıq yanvarda adıçəkilən komandalardan birinə keçməsi istisna edilmir.

Ancaq oyunçu hazırkı klubuna da birdəfəlik keçə bilər. A seriyası təmsilçisi müdallar uğrunda mübarizəni davam etdirsə, futbolçunun transferinə çalışacaq.

Qeyd edək ki, Duvan Zapata bu mövsüm geridə qalan 5 turda 4 qola imza atıb və komandası hazırda 3-cü pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest