Futbol üzrə İtaliya A Seriyasında 6-cı turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.

Son turda öz meydanında "Kalyari"yə uduzan "Napoli" bu turda "Breşiya"nı qəbul edib və çətinliklə də olsa, qalib gəlib. 

ötən tur ilk məğlubiyyətini alan "Roma" da bu dəfə səfərdə "Leççe"yə qalib gəlib.

Turun maraqla gözlənilən qarşılaşmasında "Milan" "Fiorentina" ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu oyunda milanlılar məğlubiyyətlə üzləşiblər.

İtaliya A Seriyası
6-cı tur

28 sentyabr

Yuventus – SPAL 2:0
Qol: Pyaniç, 45. Ronaldo, 78.

Sampdoriya – İnter 1:3
Qol: Yankto, 55 – Sensi, 20. A.Sançes, 22. Qalyardini, 61.

Sassuolo – Atalanta 1:4
Qol: Defrel, 62 – A.Qomes, 6; 29. Qosens, 13. Sapata, 35.

29 sentyabr

Napoli – Breşiya 2:1
Qol: Mertens, 13. Manolas, 45+4 – Balotelli, 67.

Leççe – Roma 0:1
Qol: Dzeko, 56.

Latsio – Cenoa 4:0
Qol: Milinkoviç-Saviç, 7. Radu, 40. Kaysedo, 59. İmmobile, 78.

Udineze – Bolonya 1:0
Qol: Okaka, 27.

Kalyari – Verona 1:1
Qol: J.Pedro, 29 – Faraoni, 66.

Milan – Fiorentina 1:3
Qol: Leao, 80 – Pulqar, 14-pen. Kastrovilli, 66. Riberi, 78.

30 sentyabr

22:45 Parma – Torino

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest