"Barselona"nın kapitanı Lionel Messi məşqlərə başlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı bərpa dönəmini gözləniləndən sürətli keçib.

Əgər futbolçu bu cür davam edərsə, məşqçilər korpusu çempionlar Liqasında "İnter"lə görüşdə onu iştirak ərizəsinə daxil edəcək. Ancaq kataloniyalılar onun səhhətinə diqqətlə yanaşır. "İnter"lə qarşılaşmada iştirakı barədə qərar oyun günü veriləcək. Baş məşqçi Ernesto Valverde komandanın liderini yenidən riskə atmaq istəmir.

Qeyd edək ki, "Barselona" - "İnter" oyunu dekabrın 2-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest