30 Sentyabr 2019, 14:06
FUTBOL
"Barselona"nın hücumçusu Ansu Fati İspaniya yığmasına çağırılıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, əsas millinin baş məşqçisi Robert Moreno onun adını ilk siyahıya salıb.
Moreno 40 oyunçuya dəvət göndərib ki, onlar arasında 16 yaşlı futbolçu da var. çalışdırıcı hücumçunun çempionlar Liqasında "İnter"lə qarşılaşmadakı performansına görə qərarını verəcək. O, yekun siyahını oktyabrın 4-də açıqlayacaq.
Qeyd edək ki, İspaniya AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlarını Norveç və İsveçə qarşı keçirəcək.