"Liverpul"un müdafiəçisi Joel Matip zədələnib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kamerun millisinin üzvü kollektivlə tam məşq edə bilmir.

Komandanın bugünkü məşqində baş məşqçi Yurgen Klopp onun son durumu ilə bir daha tanış olacaq. Yalnız bundan sonra 28 yaşlı mərkəz müdafiəçisinin çempionlar Liqasının qrup mərhələsində "Zalsburq"la keçiriləcək oyunda iştirak edib-etməyəcəyinə qərar veriləcək.

Qeyd edək ki, sabah keçiriləcək "Liverpul" - "Zalsburq" görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest