05 Noyabr 2019, 11:00
FUTBOL
PSJ-nin hücumçusu Mauro İkardi komandada qalmaq istəyir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu forvard özü bildirib.
İkardi sabiq kapitanı olduğu "İnter"ə qayıtmaq fikrindən uzaqdı: "Meydanda olduğum müddətdə səviyyəmi ortaya qoyuram və bunu növbəti aylarda da etməliyəm. Burda qalıb-qalmayacağımı mövsümün sonunda biləcəyik. PSJ-yə yaxşı işlər görmək üçün keçdim. Dünyanın ən yaxşı komandalarından birində oynayıram. Bu mənim karyeramda böyük bir addımdı. PSJ-də qalmaq üçün hər şeyi edəcəm".
Qeyd edək ki, İkardi mövsümün sonuna qədər icarə əsasında PSJ-də çıxış edəcək.