UEFA-ya üzv olan Avropa ölkələri, FİFA dünya çempionatlarının kommersiya hüquqları ilə məşğul olacaq özəl investorlu şirkət yaradacağı təqdirdə, növbəti dünya çempionatını boykot edə bilərlər.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" idman nəşri məlumat yayıb.

Bildirilir ki, belə bir qərar variantı futbol assosiasiyalarının bu həftə keçirilməsi gözlənilən təcili onlayn iclasında nəzərdən keçirilə bilər.

Xatırladaq ki, FİFA iyirmi milyard dollar kapitalla "FIFA Forward Enterprise (FFE)" adlı şirkət yaratmağı planlaşdırır.

Həmin şirkət özəl investorların iştirakı ilə dünya çempionatlarının kommersiya hüquqları ilə məşğul olmalıdır. İnvestorlardan biri ABŞ prezidenti Donald Trampın kürəkəninin qardaşı, "Thrive Eternal" şirkətinin sahibi Coşua Kuşner ola bilər.

Bu qərar UEFA-nın kəskin tənqidinə səbəb olub. Avropa Futbol Assosiasiyaları İttifaqı belə bir addımın "həddi aşacağını" qeyd edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest