"Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Finlandiyanın "KuPS" klubunu 2:0 hesabı ilə məğlub etməsi Azərbaycanın UEFA reytinqinə növbəti 0.250 xal qazandırıb.

Matc.az xəbər verir ki, bu qələbə sayəsində ölkəmizin cari mövsümdə qazandığı xal ehtiyatı bir qədər də artıb.

Azərbaycan 20.687 əmsalla UEFA ölkələr reytinqindəki 26-cı pillədəki mövqeyini qoruyub saxlayıb. Reytinq cədvəlində 25-ci yerdə qərarlaşan İsrailin isə 21.500 əmsalı var.

Qeyd edək ki, UEFA ölkələr reytinqinə 101.852 əmsalla İngiltərə liderlik edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest