29 İyul 2026, 12:08
FUTBOL
"Napoli"nin vinqeri Yesper Lindstrom icarə əsasında "Şalke"yə keçməyə yaxındır.
Matc.az xəbər verir ki, 26 yaşlı danimarkalı futbolçunun transferi ilə bağlı Almaniya və İtaliya klubları arasındakı danışıqlar irəliləmiş mərhələdədir.
Son 2 ili Lindstrom icarə əsasında "Volfsburq" və "Everton"da çıxış edib. 2023-cü ildə "Napoli" onu "Ayntraxt"dan 30 milyon avroya satın alıb.
Lindstrom ötən mövsüm "Volfsburq"un heyətində Bundesliqada 13 matça çıxsa da fərqlənə bilməyib.













