29 İyul 2026, 12:57
FUTBOL
İngiltərənin "Liverpul" klubu və "Adidas" şirkəti komandanın 2026/2027 mövsümü üçün yeni səfər formasını təqdim ediblər.
Matc.az xəbər verir ki, bu barədə mersisaydlıların rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, yeni dizayn "Liverpul"un 1980-ci illərin ortalarındakı səfər formalarından ilhamlanaraq hazırlanıb. Futbolka ağ rəngdə dizayn edilib və qırmızı əlavələrlə harmonik şəkildə tamamlanıb.
Parçanın üzərində "Enfild" stadionundakı oyunlara satılan köhnə biletlərin elementlərindən ibarət yarımşəffaf naxış diqqət çəkir. Bu oyun formasını qırmızı şortlar və ağ getrlər tamamlayacaq.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının ötən mövsümündə "Liverpul" turnir cədvəlində beşinci yeri tutub.













