"Hər şey yaxşıdır, amma davam etmək lazımdır."
"Sabah" klubunun futbolçusu Aleksey İsayev UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuata açıqlama verib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Aleksey İsayev "Çətin oyun oldu. İlk hissədə meydana öyrəşməyə çalışırdıq. Düzünü desək, ilk hissədə bir az alınmadı. Fasilədə baş məşqçimiz tövsiyələrini verdi. İkinci hissədə toparlandıq. Qol epizodu yaratdıq və yararlandıq. Öz futbolumuzu oynamağa başladıq. İndi növbəti rəqibimizi gözləyirik. Klub tarixində ilk addımımızı atmışıq. Hər şey yaxşıdır, amma davam etmək lazımdır. Bizi həm burada, həm də ev oyununda dəstəkləyən bütün azarkeşlərə təşəkkür edirəm. Sizləri çox istəyir və dəstəyiniz üçün təşəkkür edirik" deyə bildirib.
Xatırladaq ki, Finlandiyada keçirilən cavab qarşılaşmasında "KuPS" komandasına 2:0 hesabı ilə qalib gələn "Sabah", iki oyunun nəticəsinə əsasən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.













