AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkil etdiyi “Sabahın Ulduzları” turnirinin püşkatma mərasimi keçirilib.
AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkil etdiyi “Sabahın Ulduzları” turnirinin püşkatma mərasimi keçirilib.
Matc.az xəbər verir ki, tədbirdə hər iki qurumun rəsmiləri, eləcə də iştirakçı komandaların nümayəndələri iştirak ediblər.
“Sabahın Ulduzları”nın tarixinə həsr olunmuş videoçarxın nümayişindən sonra BFF-nin prezidenti Tahir Süleymanov, gənclər arasında dünya və Avropa çempionu olmuş Azərbaycan milli komandasının sabiq baş məşqçisi Arif Əsədov, AFFA Texniki Departamenti skautlar şöbəsinin rəhbəri Bəxtiyar Musayev, AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsinin nümayəndəsi Ceyhun Haşımov və “Neftçi” klubunun koordinatoru İslam Kərimov çıxış edərək, turnirin mahiyyətindən bəhs ediblər.
Ardından püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, qruplar üzrə ilk turda qarşılaşacaq cütlüklər aşağıdakı kimi müəyyənləşib:
U-15 yaş qrupu
1-2 avqust
I tur
“Zəngəzur” FK – “Marafon” FM
“Qarabağ” FK – “Ulduz” FM
“Şəfa” FK – “Sumqayıt” FK
“Sabah” FK – “Neftçi” PFK
“Qəbələ” FK – “Dinamo” FK
“Zirə” PFK – EFA
U-14 yaş qrupu
3-4 avqust
I tur
“Qəbələ” FK – “Vətən” FM
“Ulduz” FA – “Qarabağ” FK
“Azərbaycan Qartalları” FK – “Dostluq” FK
“Sumqayıt” FK – “Sabah” FK
“Neftçi” PFK – EFA
“Xan” FK – “Zirə” PFK
Qeyd edək ki, avqustun 1-də startı veriləcək “Sabahın Ulduzları” turnirinin oyunları Bayıl stadionunda keçiriləcək. Açılış mərasiminin, həmçinin turun mərkəzi oyununun “CBC Sport” kanalı və YouTube vasitəsilə canlı yayımlanması nəzərdə tutulur.













