Topaz Premyer Liqasının XI turu çərçivəsində keçirilən "Neftçi" - "Zirə" görüşündə xoşagəlməz olaylar bir-birini əvəz edib. Matç.az saytının məlumatına görə, oyunun sonlarına yaxın qonaq komandanın məşqçisi texniki zonadan qovulub.

Məsələ burasındadı ki, top yan xətdən çıxarkən köməkçi məşqçi Vəfadar Quliyev yan xətt hakiminin üzərinə qışqıraraq, autu onların başlamalı olduğunu bildirib. Onun çılğınlığı baş hakim İnqilab Məmmədovun xoşuna gəlməyib və referi Quliyevi tribunaya göndərib.

Qeyd edək ki, "Neftçi" - "Zirə" oyunu 2:2 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest