Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə Bakı çempionatı keçirilib. Matc.az xəbər verir ki, yunan-Roma güləşi üzrə mübarizədə 68 pəhləvan qüvvəsini sınayıb.

Yekunda Hüseyn Qəribov (55 kq), Anar Qurbanov (60 kq), Urfan Həsənli (63 kq), Həsən Məmmədli (67 kq), Vəfadar Cəfərov (72 kq), Elcan Məmmədov (77 kq), Şirxan Quliyev (82 kq), Elcan Rəfiyev (87 kq), Məftun Qasımov (97 kq) və Tarış Əbilov (130 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha sonra 112 sərbəst güləşçi xalça üzərinə çıxıb. Onlardan Nurlan Tağızadə (57 kq), Elmir Cəlilov (61 kq), İntiqam Vəlizadə (65 kq), Babək Hüseynli (70 kq), Əşrəf Aşırov (74 kq), Fərid Cabbarov (79 kq), Mircəfər Murtuzlu (86 kq), İslam İlyasov (92 kq), Xəyal Xanmuradov (97 kq) və Aydın Əhmədov (125 kq) Bakı çempionu olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest