Topaz Premyer Liqasının XI turunda "Zirə"ni qonaq edən "Neftçi" iki dəfə hesabda önə keçməsinə baxmayaraq, meydanı 1 xalla tərk edib - 2:2. Matç.az saytının məlumatına görə, oyundan sonra çempionatın liderinin müdafiəçisi Tural Axundov fikrini bildirib.

Klubun rəsmi saytına danışan ilk qolun assistinin müəllifi qələbə qazanmamalarına təəssüfləndiyini vurğulayıb: "Zirə"nin yaxşı komanda olduğunu bilirdik. Yaxşı da hazırlaşmışdıq. Qalib gəlmək üçün əlimizdən gələni etdik. Qələbə qazanmalıydıq. çox təəssüf ki, alınmadı".

Qeyd edək ki, 11 turdan sonra "Neftçi"nin aktivində 26 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest