"Qalatasaray"ın hücumçusu Radamel Falkao komanda ilə birgə məşqlərə başlayıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, kolumbiyalı futbolçu bu tur "Yeni Malatyaspor"a qarşı oynaya biləcək. 34 yaşlı hucümçu "Konyaspor"a qarşı görüşdə zədələnərək meydanı tərk etmişdi.

Qeyd edək ki, Falkao bu mövsüm komandası ilə 15 oyun keçirib və 6 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest