14 Fevral 2020, 16:57
FUTBOL
"Səbail"in kapitanı Rahid Əmirquliyev Premyer Liqanın 17-ci turunda "Qəbələ" ilə keçiriləcək oyun haqda danışıb.
Matc.az xəbər verir ki, o, sonuncu pillədə olan rəqiblə xal fərqini artırmalı olduqlarını bildirib:
"Komandada hamı "Keşlə"yə qarşı oyunda qazandığımz üç xal ilə razıdır. Növbəti oyunlarda da, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Fkirlərimiz növbəti turda "Qəbələ" ilə matça yönəlib. Bu, bizim üçün vacib oyundur, "Qəbələ" ilə xal fərqini artırmalıyıq".
Qeyd edək ki, fevralın 16-da keçiriləcək "Səbail" - "Qəbələ" matçı saat 16:30-da başlayacaq.