Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
 
Matc.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan 28 yaşlı idmançı ardıcıl üçüncü il Düsseldorfda fəxri kürsüyə yüksəlib. 
 
Mübarizəyə 1/32 final mərhələsindən başlayan Orucov ispaniyalı Salvador Kases, Amerika Birləşmiş Ştatlarının təmsilçisi Aleksandr Turner, Misir idmançısı Məhəmməd Mohyeldin, monqolustanlı çend çoqtbataara qalib gələrək yarımfinala çıxıb. Bu mərhələdə koreyalı An çanqrimə uduzan Rüstəm Orucov bürünc medal uğrunda görüşdə Sloveniya cüdoçusu Martin Hojakı məğlub edib. Beləliklə, təcrübəli cüdoçumuz ötən illərdə gümüş və bürünc medal qazandığı Düsseldorfda bu dəfə 3-cü yerə sahib çıxıb.
 
Bu, Azərbaycan yığmasının "Böyük Dəbilqə"də ilk medalı olub. Bu gün mübarizəyə 81 kq çəki dərəcəsində qoşulan, Telman Vəliyev (73 kq), Hidayət Heydərov və Murad Fətiyev (hər ikisi 81 kq) ilkin mərhələlərdə uduzaraq mübarizəni dayandırıblar. İlk yarış günündə isə 4 kişi və 4 qadın cüdoçu erkən məğlubiyyətlərə düçar olublar. 
 
Qeyd edək ki, "Böyük Dəbilqə"nin son günündə kişilərdən 90 kq-da Məmmədəli Mehdiyev, 100 kq-da Zelim Kotsoyev ilə Elmar Qasımov, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri, qadınların yarışında isə 78 kq-dan yuxarı çəkidə İrina Kindzerska mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest