Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində gənclər arasında keçirilən cüdo üzrə ölkə  birinciliyində fərdi yarışlar başa çatıb.
 
Matc.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda paytaxt və bölgələrdən 51 komandadan 367 idmançı (311 oğlan, 56 qız) medallar uğrunda mübarizə aparıb.
 
Fərdi yarışların sonuncu günündə daha səkkiz çəki dərəcəsində qaliblər müəyyənləşib.
 
Oğlanlar arasında Məmmədli Nicat (60 kq), Məmmədəliyev Rəşid (73 kq), Məcidov Cahangir (90 kq) və Feyziyev Camal (+100 kq) bütün görüşləri qalibiyyətlə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
 
Xanım idmançıların mübarizəsində isə Kərimova Vüsalə (48 kq), Səfərova Fəridə (57 kq), Rəşidova Xədicə (70 kq) və Paşazadə Aytəkin (+78 kq) məğlubiyyət tanımayaraq Azərbaycan çempionu adını qazanıblar. Qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub.
 
Qeyd edək ki, gənc cüdoçuların respublika birinciliyinə fevralın 28-də təşkil olunacaq komanda yarışları ilə yekun vurulacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest