Dünən Yüksək Liqa X turun iki oyunu keçirilib. Matç.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, günün "Araz" – "Yasamal" İSK oyunu iki məqamla yadda qalıb.

Əvvəla ən məhsuldar qələbə qeydə alınıb. Rəqib qapısından 26 top keçirən son çempion cəmi 2 dəfə topu meydanın mərkəzindən başlayıb.

Bu qarşılaşmanın 32-ci dəqiqəsində Oqtay Rüstəmlinin qolu isə cari çempionatda vurulan 300-cü qol olub. Qələbədə əsas pay sahiblərindən olan Xətai Bağırov isə nə az, nə çox, rəqib torunu 8 dəfə silkələyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest