"Liverpul"un müdafiəçisi Joel Matip karyerasını Türkiyədə davam etdirə bilər. Matç.az saytının bu ölkə mətbuatına istinadən məlumatına görə, kamerunlu futbolçu "Fənərbaxça"nın maraq dairəsindədi.

Məsələ burasındadı ki, İstanbul nəhənginin mərkəz müdafiəçisi Martin Şkrtel qış fasiləsində klubunu dəyişə bilər. çünki "Reyncers" onu transfer etməkdə israrlıdı. Hazırda Şotlandiya klubunu çalışdıran Stiven Cerrard keçmiş komanda yoldaşını ixtiyarında görmək istəyir. Şkrtelin yerinə alternativ axtarışlara başlayan "Fənərbaxça" rəhbərliyi Matiplə danışıq aparır.

"Mersisayıdlılar"da ehtiyatda oturmaqla gününü keçirən 27 yaşlı futbolçu özü də durumundan məmnun deyil. Vaxtilə "Liverpul"da çalışmış "Fənərbaxça"nın idman direktoru Daniel Komolli əlaqələrindən yararlanaraq bu keçidi reallaşdırmağa çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest