Dç-2022-nin oyunları bir neçə ölkədə keçirilə bilər. Matç.az saytı xəbər verir ki, bunu FİFA-nın prezidenti Canni İnfantino açıqlayıb.

Belə ki, mundila ev sahibliyi edən Qətərlə qonşu ölkələrin də bəzi oyunları qəbul etməsi gündəmə gəlib. Final mərhələsinin iştirakçılarının sayı 32-dən 48-ə çatıdırlarsa, belə zərurət yaranacaq.

Qətər 32 komandalı çempionatı qəbul etməyə hazırlaşdığı üçün artım zamanı digər ölkələr qonşularına qoşulacaq: "Qətərdə 8 stadion var. ölkə 32 komandalı çempionata hazırlaşır. 48 iştirakçı olan yarışı bir ölkənin 8 stadiondan keçirmək daha çətin olar. Buna görə də oyunların Qətərdən kənarda keçirilməsi barədə düşünməli olacağıq. Düzdü, bu da əlavə çətinliklər yaradacaq ki, biz də onları həll etməyə çalışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest