23 Noyabr 2018, 00:47
FUTBOL
Uğursuz mövsüm keçirən "Real" qış fasiləsində yeni transferlər edəcək. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, madridlilər ilk növbədə hücum xəttini gücləndirməyi düşünür.
"Kral klubu" iki ön xətt oyunçusunun keçidini reallaşdırmaq niyyətindədi. İspanlar "İnter"li Mauro İkardi və "Tottenhem"li Harri Keynin ikisini birdən almaq istəyir. Hər iki futbolçunun 100 milyon avrodan baha olması belə, "Real"ın prezidenti Florentino Peresi narahat etmir.
Qeyd edək ki, İkardi bu mövsüm 13 oyunda 10, Keyn isə 16 matçda 10 qola imza atıb.