Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb. Matç.az saytı xəbər verir ki, burada noyabrın 29-da açıqlanacaq siyahı ilə bağlı təxminlər yer alıb.

ötən ayla müqayisədə siyahıda bir sıra dəyişiklik olacaq. Buna səbəb hesabat dövründə keçirilən rəsmi və yoxlama oyunlarıdı.

Dəyişikliklər Azərbaycan milisindən də yan ötməyəcək. Bu ay keçirən Qurban Qurbanovun yetirmələrinin yalnız xal hesabı dəyişəcək.

Millətlər Liqasında Farer adalarını 2:0 yenib, Kosovoda 0:4 hesabı ilə uduzan komandamız əmsalında 1 xal geri düşəcək. ötən ay 1207 xalı olan yığma bu dəfə 1206 xalla qalacaq.

Minimal xal itkisi millinin mövqeyinə təsir etməyəcək. Komandamız dünyanın 107-cisi kimi qalacaq.

Millimiz və "qonşuları"

103 (103). Haiti - 1219

104 (105). Liviya - 1217

105 (105). Keniya - 1210

106 (100). Madaqaskar - 1209

107 (107). Azərbaycan - 1206

108 (108). Niger - 1205

109 (110). KXDR - 1196

109 (112). İordaniya - 1196

111 (109). Namibiya - 1191

Yığmamızın Millətlər Liqasındakı rəqiblərindən Farer adaları yenə 3 pillə geriləyəcəksə, Malta 1 addım irəliləyəcək. İki qələbə qazanmaqla millimizin qrupunda 1-ci yeri tutan Kosovo isə rekord vuracaq. Balkanlılar 6 pillə irəliləməklə tarixinin ən yüksək mövqeyi – 131-ci sıraya qalxacaq.

Millimizin rəqibləri

98 (95). Farer adaları – 1238

131 (137). Kosovo – 1113

182 (183). Malta - 926

Dünyanın ən güclü 10 komandasının siyahısında yalnız bir yerdəyişmə gözlənilir. Portuqaliya 6-cı sıranı Uruqvaydan alacaq. Digər yığmaların xalları dəyişsə də, yerləri toxunulmaz qalacaq.

İlk "onluq"

1 (1). Belçika - 1727

2 (2). Fransa - 1726

3 (3). Braziliya - 1676

4 (4). Xorvatiya - 1634

5 (5). İngiltərə - 1631

6 (7). Portuqaliya - 1614

7 (6). Uruqvay - 1609

8 (8). İsveçrə - 1599

9 (9). İspaniya - 1591

10 (10). Danimarka – 1589

Qeyd edək ki, 1 addım geriləyəcək qonşu Türkiyə 1443 xalla siyahının 39-cu sırasına düşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest