"Atletiko"nun müdafiəçisi Dieqo Qodin komandasını dəyişməyə hazırlaşır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, uruqvaylı futbolçu "Atletiko"dan ayrılmaq istəyir.

Buna səbəb klubun yeni müqavilə şərtlərinin 32 yaşlı oyunçunu qane etməməsidi. Təklifi qəbul etməməsi onunla rəhbərlik arasındakı münasibətlərin pisləşməsinə səbəb olub. Qodin uzunmüddətli müqavilə istədiyi halda, madridlilər yalnız 1 illik yeni sazişə razıdılar.

"Atletiko" ilə müqavilə müddəti cari mövsümün sonuna qədər olan mərkəz müdafiəçisi uğrunda mübarizədə "Milan" bir addım öndə göstərilir. "Rossonyerlər"in idman direktoru Leonardo yaxın günlərdə futbolçunun meneceri ilə görüşəcək.

Qeyd edək ki, Dieqo Qodin yayda "Mançester Yunayted"in maraq dairəsində olsa da, "Atletiko" təklifi rədd etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest