19 yaşadək qızlar arasında Avropa çempionatının 2019/20 mövsümünün seçmə mərhələsinin püşkü atılıb. Matç.az saytı xəbər verir ki, tədbirdə 48 komanda 12 qrupa bölünüb.

2019-cu il avqustun 27-dən sentyabrın 3-dək və oktyabrın 1-8-də keçiriləcək seçmə mərhələdə Azərbaycan yığması 3-cü qrupunda yer alacaq. Komandamız Almaniya, Portuqaliya və Albaniya ilə mübarizə aparacaq. Qrup oyunlarının meydan sahibi hələlik dəqiqləşməyib.

Hər qrupda ilk iki yerin sahibi, həmçinin 4 ən yaxşı "üçüncü" elit-raunda yüksələcək.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi Gürcüstanda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest