Portuqaliyalı mütəxəssis Joze Mourinyo yenə maraqlı fikirlərlə diqqət mərkəzinə gəlib. Matç.az saytının məlumatına görə, Mou bu dəfə öz oyunçularını kəskin tənqid edib.

Belə ki, ispan telekanalı "Univision"da Xristo Stoiçkovun proqramında qonaq olan baş məşqçi "Mançester Yunayted"dəki bəzi oyunçuların inkişafından narazı olduğunu bildirib.

O, xüsusilə də Lyuk Şou, Cessi Linqard, Antoni Marsiyal və Markus Reşfordun adlarını çəkərək bu futbolçuların lazımi qədər böyümədiklərini deyib: "Mən onların yaşında olanda daha sanballı və böyük idim. Bu futbolçular isə inkişaf etmək istəmirlər. Onlarda xarakter çatmır".

Qeyd edək ki, Joze Mourinyonun rəhbərlik etdiyi "Mançester Yunayted" bu mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 12 oyundan sonra 20 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest