"Beşiktaş" ciddi itki ilə üzləşib. Matç.az saytının məlumatına görə, "qara qartallar" Pepeni bir müddətlik itirib.

Portuqaliyalı futbolçu zədə səbəbindən iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

UEFA Millət Liqasının Polşa ilə matçında xəsarət alan müdafiəçinin əzələsində yırtıq aşkarlanıb.

Zədə səbəbindən Pepe Superliqada "Ankaragücü" və "Qalatasaray", Avropa Liqasında isə "Sarpsborq"la matçları buraxacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest