23 Noyabr 2018, 22:08
FUTBOL
Türkiyə Superliqasının XIII turu çərçivəsində keçirilən "Konyaspor"la oyun "Qalatasaray"ın qapıçısı Fernando Muslera üçün yubileylə əlamətdar olub. Matç.az saytının məlumatına görə, qarşılaşmaya start heyətində başlayan uruqvaylı "çərçivə qoruyucusu" bununla da sarı-qırmızı forma ilə 300-cü görüşünə çıxıb.
2011-ci ildən "Qalatasaray"ın şərəfini qoruyan Nando bu müddətdə "aslanlar"la 4 ölkə çempionluğu, 3 ölkə kuboku və 4 dəfə də ölkə super kubokunu qazanıb. O, "Qalatasaray"ın heyətində çempionlar Liqasında 1/4 final mərhələsində oynamağı da bacarıb.
Keçirdiyi 300 matçın 36-da komandasını meydana kapitan kimi çıxardan Muslera həm oyun, həm də mükafat sayına görə klub tarixinin ən yaxşı əcnəbisidir.