23 Noyabr 2018, 22:50
FUTBOL
Dünya futbolundakı qanunsuzluqalrı işığa çıxaran "Football Leaks" maraqlı iddia ilə çıxış edib. Matç.az saytı xəbər verir ki, mənbə "Real"ın kapitanı Serxio Ramosun dopinq qəbul etdiyini yayıb.
Belə ki, ötən mövsüm çempionlar Liqasının finalında "Yuventus"la matçdan öncə götürülən nümunələrdə Ramos testdən keçə bilməyib. Hətta iddia edilir ki, UEFA bundan xəbərdar olsa da, hadisəni ört-basdır eləməyi üstün tutub.
Digər tərəfdən ulduz oyunçunun La Liqa matçında "Malaqa" ilə oyunda da "ilişdiyi" bildirilib.
"Real" klubu isə açıqlama verərək dopinq iddialarını və UEFA-nın bunu gizlədiyini təkzib edib. "Kral klubu" sadəcə həkimlərin səhv etdiklərini bu səhvi aradan qaldırdıqlarını bildirib.