İqor Akinfeyev yeni rekorda imza atıb. Matç.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, təcrübəli qapıçı MOİK-in heyətində 582-ci matçına çıxaraq buna nail olub.

Rusiya Premyer Liqasının XV turunda "Axmat"la matça start heyətində başlayan Akinfeyev eyni klubla ən çox oyun keçirən futbolçuların sıralamasında Oleq Bloxini arxada qoyub. Əfsanəvi oyunçu keçmiş SSRİ birinciliyində Kiyev "Dinamo"su ilə 581 matç keçirmişdi.

Maraqlıdır ki, siyahıdakı digər futbolçular da MOİK-in üzvləridir. üçüncü sıradakı Sergey İqnaşeviç 541, Vasili Berezutski 530, onun əkiz qardaşı Aleksey Berezutski isə 502 qarşılaşmada "hərbiçilər"ə xidmət edib.

Qeyd edək ki, Akinfeyev MOİK-də 2003-cü ildə debüt edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest