Ukrayna çempionatında XVI turun oyunları keçirilir. Matç.az saytının məlumatına görə, "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən "Vorskla" da növbəti matçına çıxıb.

Poltava təmsilçisi səfərdə "Mariopul"la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 16 oyundan sonra aktivində 24 xal olan "Vorskla" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest