Dieqo Kosta zədələnib. Matç.az saytının məlumatına görə, bu barədə "Atletiko"nun baş məşqçisi Dieqo Simeone açıqlama verib.

O, "Barselona" ilə oyundan sonra mətbuat konfransında Kostanın əvəzlənməsi barəsində suala cavab verərkən bildirib ki, ayağında ağrı hiss edən hücumçu özü dəyişilməyini istəyib: "ümid edirəm ki, "Monako" ilə matça qədər sağalacaq. Dieqo vəhşidir. O, meydandadırsa, hər zaman qələbə üçün şansınız var deməkdir".

Qeyd edək ki, "Atletiko" – "Barselona" matçı 1:1 hesabı ilə başa çatıb. Madridlilərin qoluna isə Dieqo Kosta imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest