"Sumqayıt" qış planlarını açıqlayıb. Matç.az klubun saytına istinadən xəbər verir ki, "kimyaçılar" Topaz Premyer Liqasının 3-cü dövrəsinə hazırlığın ikinci mərhələsini yanvarın 13-dən 27-dək Türkiyədə davam etdirəcək.

Təlim-məşq toplanışını Antalyanın Belek bölgəsində keçəcək komanda "IC Santai Belek" otelində məskunlaşacaq.

"Sumqayıt"ın qonşu ölkədə keçirəcəyi yoxlama oyunları ilə bağlı əlavə məlumat veriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest