"Qarabağ" ciddi itki ilə üzləşib. Klubdan matç.az saytına verilən məlumata görə, ağdamlıların hücumçusu İnnosent Emeqara zədələnib.

İsveçrəli hücumçu ötən gün "Sabah"la Topaz Premyer Liqası matçından öncə isinmə hərəkətləri zamanı sıradan çıxıb. Müayinələr zamanı forvardın menisk yırtığının olması məlum olub. O, əməliyyat olunacaq.

Bu isə Emeqaranın bu ili başa vurması deməkdir. Hücumçu həm Avropa Liqasında "Sportinq" və "Arsenal", həm də ölkə çempionatının dekabra qədər olan bütün oyunlarından kənarda qalacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest