Karyerası rekordlarla zəngin Kristiano Ronaldo "Yuventus"da da parlaq çıxışına davam edir. Matç.az saytının məlumatına görə, portuqaliyalı super ulduz Turin klubunun da tarixinə düşməyi bacarıb.

Belə ki, ötən gün A seriyasının XIII turu çərçivəsində SPAL-la qarşılaşmada hesabı açan Ronaldo "Yuventus"da 10-cu qolunu vurub. Bu göstəriciyə 16 matçda nail olan CR7 "qoca sinyora"nın tarixində belə qısa müddətdə bunu bacaran ilk oyunçu olub.

Qeyd edək ki, 9 illik "Real" karyerasından sonra 2018-ci ildə "Yuventus"a keçən Kristiano Madrid klubu ilə 4 dəfə çempionlar Liqasının qalibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest