Rusiya Premyer Liqasında XV tur davam edir. Matç.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin forma geydiyi "Krılya Sovetov" da növbəti matçını keçirib.

Samara təmsilçisi Moskvada "Spartak"ın qonağı olub. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matça start heyətində başlayan Ramil 90 dəqiqə meydanda olub. O, qarşılaşmanın 83-cü dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, 15 oyundan sonra aktivində 14 xal olan "Krılya Sovetov" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest