26 Noyabr 2018, 09:08
FUTBOL
İrlandiya millisinin yeni baş məşqçisi müəyyənləşib. Matç.az saytı xəbər verir ki, yığma Mik Makkartiyə həvalə olunub.
O, AVRO-2020-nin sonuna qədər millinin "sükanı arxası"nda duracaq. Makkarti Martin Onilin postundan ayrılmasından sonra boş qalan vəzifəyə təyin edilib.
İrlandiyanın U-21 yığmasına da təyinat rəsmiləşib. "Dandalk"ın vaş məşqçisi Stiven Kenni gənclərə rəhbərlik edəcək. 2020-ci ildə isə Kenni əsas millidə Makkartini əvəzləyəcək.
Qeyd edək ki, millinin yeni baş məşqçisi 1996-2002-ci illərdə də bu vəzifəni tutub. İrlandiya onun rəhbərliyi altında Dç-2002-yə yüksəlib.