"Bütün komanda eyforiyaya qapılıb. Burda hamı sevincdən dəli olub". Matç.az saytı xəbər verir ki, bunu Kosovo millisinin yarımmüdafiəçisi Besar Halimi deyib.

Millətlər Liqasında D Liqasının III qrupunun son görüşündə Azərbaycan üzərində 4:0 hesablı qələbə qazanan Kosovo birinci yerlə pley-offa adlayıb.

Final yolunda Makedoniya ilə qarşılaşacaq kosovolular indi zəfər sevinci yaşayırlar. Halimi yerli mətbuata açıqlamasında pley-offa hələ çox vaxtın olduğunu söyləyib: "Pley-off mərhələsindən öncə Avropa çempionatının seçmə mərhələ oyunları olacaq. Bizim məqsədimiz burda da uğurlu çıxış etməkdi. Hazırda isə yalnız qələbənin sevincini yaşamaqla məşğuluq. çünki həm Aç-nin seçmə mərhələsinə, həm də Millətlər Liqasının pley-offuna hazırlaşmaq üçün vaxtımız olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest