26 Noyabr 2018, 17:34
FUTBOL
"Milan" qış fasiləsində heyətini gücləndirmək üçün hərəkətə gəlib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, İtaliya təmsilçisi "çelsi"nin 3 futbolçusuna "elçi düşüb".
Bunlar müdafiəçilər Qari Keyhill, Andreas Kristensen və yarımmüdafiəçi Sesk Fabreqasdı. Bu məqsədlə Londona yollanan "Milan"ın idman direktoru Leonardo qarşı tərəfin rəsmiləri ilə futbolçuların transfer məsələsini müzakirə edib.
Fabreqas və Keyhillin müqavilə müddəti cari mövsümün sonuna qədər olduğundan, "Milan" onların keçidi üçün külli miqdarda pul ödəmək fikrində deyil. "Rossonyerlər" Kristenseni isə icarəyə götürmək niyyətindədi.