"Bavariya" baş məşqçi postunda dəyişiklik etməyi planlaşdırır. Matç.az saytının "Bild"ə istinadən məlumatına görə, komandanın uğursuz mövsüm keçirməsi hazırkı çalışdırıcı Niko Kovaçın postunu laxladıb.

Xorvatiyalı mütəxəssisin yerinə namizəd də bəllidi. Münhen təmsilçisi komandanın "sükanı arxası"na Arsen Vengeri gətirməyi planlaşdırır. Fransalı mütəxəssislə danışıqlara artıq start verilib. Komanda stabil oyununu bərpa edə bilməsə, yeni ilə qədər Kovaç istefaya göndəriləcək.

Qeyd edək ki, "Bavariya" hazırda Almaniya Bundesliqasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest