Dekabrın 6-da 17 yaşadək futbolçular arasında AVRO-2020-nin seçmə mərhələsinin püşkü atılacaq. Matç.az saytı xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
Final mərhələsi Estoniyada keçiriləcək yarışda 52 komanda seçmə mərhələdən mübarizəyə qoşulacaq. Bu yığmalar 13 qrupa bölünəcək. İspaniya və İngiltərə birbaşa elit-raunddan mübarizəyə start verəcək.
Seçmə mərhələ 2019-cu ilin payızında keçiriləcək. Hər qrupda ilk iki yerin sahibi və üçüncülər arasında 4 ən yaxşı nəticəyə malik olan yığma elit-raunda yüksələcək. Bu mərhələnin oyunları isə 2020-ci ilin yazında baş tutacaq.
Seçmə mərhələnin 52 komandası əmsallarına görə səbətlərə bölünüb. 7,000 xalla Avropada 30-cu olan Azərbaycan millisi C səbətində yer alıb.
A səbəti: Almaniya, Hollandiya, Fransa, İtaliya, Belçika, Portuqaliya, İrlandiya, Avstriya, İsveç, Serbiya, Şotlandiya, Rusiya, Bosniya və Hersoqovina
B səbəti: Xorvatiya, İsrail, Macarıstan, Sloveniya, Polşa, Türkiyə, Ukrayna, Norveç, çexiya, Yunanıstan, İsveçrə, Danimarka, Slovakiya
C səbəti: Finlandiya, Azərbaycan, Gürcüstan, Kipr, Uels, İslandiya, Belarus, Bolqarıstan, Rumıniya, Şimali İrlandiya, Makedoniya, Monteneqro, Farer adaları
D səbəti: Litva, Latviya, Albaniya, Ermənistan, Lüksemburq, Moldova, Qazaxıstan, Lixtenşteyn, Andorra, San-Marino, Cəbəllütariq, Malta, Kosovo.