27 Noyabr 2018, 17:32
FUTBOL
"Neftçi" Topaz Premyer Liqasının XIII turunun hazırlığını davam etdirir. Matç.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi səfərdə qarşılaşacağı "Sabah"la oyunun hazırlığını sürdürür.
"Səbail"lə qarşılaşmadan (2:0) sonra hazırlığa fasilə verməyən Roberto Bordinin yetirmələri bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə növbəti məşqə çıxıb. Ruslan Abışovun fərdi məşq etdiyi hazırlıq prosesində bütün futbolçular iştirak ediblər.
Qeyd edək ki, dekabrın 1-də "Əlincə Arena"da keçiriləcək "Sabah" – "Neftçi" oyunu saat 16:30-da başlayacaq.