"Lokomotiv"in baş məşqçisi Yuri Syomin çempionlar Liqasının V turunda "Qalatasaray"la keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında maraqlı fikirlər səsləndirib. Matç.az xəbər verir ki, təcrübəli mütəxəssis matç haqqında danışarkən həmkarı, istanbulluların baş məşqçisi Fatih Terimi hiyləgər adlandırıb.

"öz səhvlərimizi və imkanlarımızı yaxşı bilirik. Oyunlarda rəqiblərimizdən daha çox qol vəziyyəti yaratsaq da, cəmi iki dəfə fərqlənə bilmişik. Müdafiə planında isə bir neçə səhv etmişik ki, onları çempionlar Liqasında bağışlamırlar. Teorik olaraq, "Qalatasaray"ın son oyununa baxıb, ona əsasən hazırlaşacağıq. Bir şey dəqiqdi ki, rəqib meydana 4 müdafiəçi və 3 yarımmüdafiəçi ilə çıxacaq. Amma Terim çox hiyləgər adamdı, onun taktikasını belə asanlıqla təxmin etmək olmur".

Qeyd edək ki, Syomin 2013/14 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest