27 Noyabr 2018, 22:11
FUTBOL
Cakome Boneventuranın zədəsinin aqibəti bəlli olub. Matç.az saytının məlumatına görə, iki həftə öncə xəsarət alaraq "Milan"ın heyətində kənarda qalan yarımmüdafiəçi durumu əməliyyatdan sonra dəqiqəşməli idi.
Bu gün cərahiyyə əməliyyatı uğurla keçib. Klubun mətbuat xidmətindən bildirilib ki, futbolçu 8-9 ay yaşıl meydanlardan uzaqda qalacaq. Bu isə cari mövsümün artıq Boneventura üçün başa çatması deməkdir.
Qeyd edək ki, 2014-cü ildə "Atalanata"dan transfer olunan yarımmüdafiəçi mövsümün geridə qalan oyunlarında 8 dəfə meydana çıxıb, 3 dəfə rəqib qapıçıları məyus edib.