Sloveniya millisinin yeni baş məşqçisi müəyyənləşib. Matç.az saytı xəbər verir ki, bu posta Matyaj Kek təyin edilib.

O, ötən ay istefa verən Tomaş Kovaçiçi əvəzləyib. 57 yaşlı Kek yığmanın tarixində ən uğurlu məşqçi sayılır.

2007-11-ci illərdə milliyə rəhbərlik edən mütəxəssis komandanı Dç-2010-un final mərhələsinə çıxarıb. ötən mövsüm Xorvatiyada "Riyeka"nı çalışdıran, 2017-ci ildə bu klubla çempionluq yaşayan Kek Sloveniya millisini uğursuzluq zolağından çıxarmalıdı.

Qeyd edək ki, Sloveniya Millətlər Liqasının C liqasında uğursuz çıxış edərək aşağı dəstəyə yuvarlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest