"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq"in yarımmüdafiəçisi Karlos Mane Almaniyaya qayıtmağa hazırlaşır. Matç.az saytının Portuqaliya mətbuatına istinadən məlumatına görə, hücumameyilli futbolçu "Köln"ün transfer gündəmindədi.

2016-2018-ci illəri icarə əsasında "Ştutqart"da keçirmiş 24 yaşlı oyunçu Almaniya macərasına uğurlu başlanğıc etsə də, ağır zədə "Sportinq"ə qayıtmasına səbəb olmuşdu. Lakin yenidən əvvəlki formasını bərpa edən Maneni II Bundesliqanın lideri "Köln" yanvarda icarəyə götürmək niyyətindədi. çempionatda liderlər qrupunda qərarlaşan "Köln" 6 aylıq icarə müddətindən sonra onu birdəfəlik transfer etməyi planlaşdırır. Oyunçu özü də daha böyük liqalarda çıxış etmək üçün Bundesliqa təmsilçisinə keçməyə razıdı.

Qeyd edək ki, Karlos Mane "Qarabağ"la sabah keçiriləcək V tur matçı üçün Bakıya gələn heyətdə yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest